Suriyada həbsxanaya hücum nəticəsində ölənlərin sayı 322 nəfərə çatıb

İŞİD terror qruplaşmasının Suriyanın Hasakiyə şəhərindəki həbsxanaya yanvarın 20-də başlayan hücumu 332 nəfərin ölümünə səbəb olub.

APA-nın xəbərinə görə, bu barədə Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupu məlumat yayıb.

Baş qərargahı Londonda yerləşən təşkilat bildirir ki, toqquşmalara qədər həbsxanada müxtəlif ölkələrdən olan 3500-dək işidçi saxlanılırdı. Öldürülən 332 nəfərdən 246-sı İŞİD üzvü, qalanları isə təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Dağıdılmış ərazidə təmizləmə işləri getdiyi üçün ölü sayının artacağı istisna edilmir.

pia.az