Dünya Kuboku: Azərbaycan qılıncoynadanı 1/8 finala yüksəlib

Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/8 finala yüksəlib.

Azərbaycan Qılıncoynatma Federasiyasından  verilən məlumata görə, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca almaniyalı Julike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb.

Başta ən güclü "8-liy"ə yüksəlmək uğrunda görüşdə Tokio-2020 Yay Olimpiya Oyunlarında məğlub etdiyi ABŞ təmsilçisi Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb.

Başta yarımfinala yüksəlmək üçün yaponiyalı Misaki Emuraya qalib gəlməlidir.

pia.az