Moskvada erməni faşist Njde haqqında filmin nümayişi dayandırılıb, izləyicilər dağıdılıb

Moskvada erməni nasist Qaregin Njde haqqında çəkilən filmin nümayişi dayandırılıb. Bu barədə “Regnum” agentliyi məlumat yayıb.

Bildirilib ki, filmin nümayiş edildiyi məkana polis gəlib və seans dayandırılıb.

Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıblar.

pia.az