Azərbaycan ABŞ-ın casus serialında

Amerikanın “The USA Network” kabel televiziyasında nümayiş etdirilən populyar casus serialı “Covert Affairs”in bu gün nümayiş etdiriləcək yeni seriyasında Azərbaycanla bağlı epizod yer alır
Virtualaz.org saytı Amerika KİV-lərinə istinadən xəbər verir ki, serialın baş qəhrəmanları Enni Uolker tərəfdaşı Makkueydlə birlikdə “amerikalıların çoxunun yəqin ki, heç adını da eşitmədiyi” Azərbaycana yola düşürlər.Serial qəhrəmanlarının Azərbaycana göndərilməsinin məqsədi məxfi missiyadır. Onların qarşısında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabitini həbsdən azad etmək vəzifəsi qoyulub.Qəhrəmanların bu məxfi missiyanı yerinə yetirərkən başlarına nə gələcəyini isə serialı izləməklə görmək mümkündür.