Bakıda yataqxanada yanğın olub, xəsarət alanlar var

Bakıda beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verir.

Məlumata görə, Yasamal rayonunda yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin bir otağında taxta qırıntıları 1 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

pia.az