“Tata Steel”: Şəhriyar Məmmədyarov Karlsenə məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki “Tata Steel Chess” turnirində növbəti görüşünü keçirib.

37 yaşlı qrossmeyster IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ş. Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Sem Şankland ilə qarşılaşacaq.

pia.az