Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi vəfat edib - Təfərrüat, Yenilənib

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi Tərlan Qədirovun vəfat etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Unikal"-ın əldə etdiyi məlumata görə, T. Qədirov "Exselsior" otelinin idman zalında məşq edirmiş. Məşqdən sonra buxar otağına keçib. Özünü pis hiss etdiyindən "Məni çölə çıxarın" deyərək dünyasının dəyişib.

Qeyd edək ki, T. Qədirov bir müddət əvvəl koronavirusdan müalicə alıb.

***

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin idarə rəisi Tərlan Qədirov vəfat edib.

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakıda idman zalında baş verib.

Belə ki, təcili tibbi yardım çağırılsa da anidən halı pisləşən idarə rəisinin həyatını xilas etmək mümkün olmayıb.

pia.az