Azərbaycanın Avroviziyada çıxış edəcəyi tarix məlum olub

2022-ci il Avroviziya müsabiqəsinin yarımfinal və final mərhələsinin vaxtları açıqlanıb.

APA-nın yarışmanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan ikinci yarımfinal mərhələsində,12 may tarixində çıxış edəcək.

Qeyd edək ki, Avroviziya 2022 müsabiqəsi bu il İtaliyanın Turin şəhərində baş tutacaq.

pia.az