Bakıda dəhşət - Uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü
Bakıda uşaqlarını görmək istəyən şəxs döyülərək öldürülüb.
PİA.az xəbər verir ki, bu barədə oxu.az-a mərhumun qardaşı Elşən Atakişiyev məlumat verib.
O bildirilib ki, qardaşı bu gün vəfat edib:
"Qardaşım - 1979-cu il təvəllüdlü Atakişiyev Ramil Mobil oğlu yanvarın 19-da uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının evinə gedib. Orada isə naməlum şəxs tərəfindən döyülüb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb”.
Mərhumun iki övladı var.
pia.az