Məktəblər distant təhsilə keçdi - Litvada

Litvada koronavirus infeksiyasının sürətlə yayılması ilə əlaqədar ölkənin şimalındakı Akmene şəhərində orta məktəblər distant təhsilə keçir.

"Unikal" xəbər verir ki, bu barədə şəhər meri Vitaliyus Mitrofanovas bildirib ki, yanvarın 24-dən etibarən şəhərdəki bütün məktəblərdə 5-12-ci sinif şagirdləri distant təhsilə keçəcək.

Qeyd olunub ki, son günlər ərzində şəhərdə 30-dan çox məktəbli koronavirusa yoluxub.

Bundan başqa, Akmene şəhərində idman və mədəniyyət tədbirlərinin, qapalı məkanlarda tədbirlərin keçirilməsi qadağan edilir.

pia.az