Mingəçevirdə ilin ilk yarışı keçiriləcək - Video

Azərbaycan Milli Avarçəkmə Federasiyası yeni rəhbərliyin altında ilk yarışını keçirəcək.

Oxu.Az-ın xəbərinə görə, yanvarın 29-da Mingəçevir şəhərində avarçəkmə üzrə ilin ilk yarışı baş tutacaq.

Yarış “Gənclər Kuboku” adlanacaq.

Qeyd edək ki, dekabrın 22-də Milli Avarçəkmə Federasiyasının prezidenti vəzifəsinə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov seçilib. O, bu postda Elçin Zeynalovu əvəzləyib.

pia.az