"Rusiya sivil ölkələr arasından rədd edilməlidir" - ABŞ-ın ATƏT-dəki keçmiş nümayəndəsi

ABŞ-ın ATƏT-dəki keçmiş daimi nümayəndəsi Ceyms Gilmor Ukrayna ətrafında situasiyanın gərginləşdirilməsi halında Rusiya Federasiyasının bütün beynəlxalq təşkilatlardan çıxarılmasına səy göstərilməsinə çağırıb.

"Rusiya sivil ölkələr arasından rədd edilmiş olmalıdır. Səy göstərilməlidir ki, Rusiya bütün beynəlxalq təşkilatlardan, ATƏT də daxil olmaqla, çıxarılsın. ATƏT Helsinki Sazişinin prinsiplərindən çıxış edir, o cümlədən, tanınmış sərhədləri pozaraq, heç bir ölkə digərinə hücum etmir prinsipini rəhbər tutur. Əgər ATƏT ölkələri Rusiyanı və Belarusun timsalında onun satellitini tərkibindən çıxartmasa, ABŞ onu daha maliyyələşdirməməlidir" - Gilmor hesab edir.

Öz mövqeyini o, "Foreigin Policy" jurnalında dərc olunmuş məqaləsində ifadə edib.

pia.az