Bakıda 66 yaşlı qadın qəzada xəsarət aldı

Bakıda 66 yaşlı qadını avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Əliyeva Sədaqət Mövsüm qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az