Arif Hacılı – 60

Müsavat Partiyasının başqanı Arif Hacılının 60 yaşı tamam olur.

PİA.az bildirir ki, 1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, Zaqatala radiosunun əməkdaşı olub.

1988-ci ildə milli azadlıq hərəkatına qoşulan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.

1990-cı ildə parlamentin deputatı seçilib, Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən partiya başqanının müavini olub.

2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.

2014 və 2019-cu illərdə başqan seçilib.

Arif Hacılı Müsavatın altıncı başqanıdır. 1911-ci ildə qurulmuş partiyaya Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Kərim Odər, Məhəmməd Azər Aran, İsa Qəmbər də başqanlıq ediblər.(novator.az)

pia.az