Bakıda nişanlısı tərəfindən döyülən gənc qızın qolları sınıb

Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.

PİA.az-ın məlumatına görə, hadisə paytaxt ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(Report)

pia.az