Türkiyə və Estoniya XİN başçıları Ermənistanla bağlı məsələni müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə estoniyalı həmkarı Eva-Maria Liimetsin görüşündə rəsmi Ankaranın Ermənistanla münasibətləri də müzakirə olunub.

Bunu M.Çavuşoğlu danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da daxil olmaqla bir çox regional məsələlər barədə fikir mübadiləsi apardıq. Görüşümüz səmərəli keçdi. Ən yaxın zamanda mən də Estoniyada olmaq istəyərəm”, - o bildirib.(report)

pia.az