Azərbaycandan İrana 21 məhbus ekstradisiya edilib

Azərbaycan 21 iranlı məhbusu ölkəsinə ekstradisiya edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın baş prokurorunun hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi deyib.

O deyib ki, Azərbaycandakı iranlı məhbusların əksəriyyəti narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum edilib.

Abbasi qeyd edib ki, bu məhkumların bəzisi Azərbaycanda 11 il müddətində həbsdə olub.

pia.az