Binəqədidə meyit tapıldı

Bakıda kişi meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin məlumat yayıb ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan nazirlik əməkdaşları evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Yusifov Əflatun Ömər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

pia.az