İşləmək üçün Azərbaycana gələcək əcnəbilərlə bağlı kvota müəyyənləşdirilib

2022-ci ildə işləmək üçün Azərbaycana gələcək əcnəbilərlə bağlı say həddi açıqlanıb.

PİA.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında kvotanın 8 740 nəfər olaraq müəyyənləşdirildiyini söyləyib.

O xatırladıb ki, əcnəbi işçi qüvvəsinin maksimum sayı barədə kvota komissiya tərəfindən qəbul edilir və bunu Nazirlər Kabineti təsdiqləyir.

pia.az