Ötən il 596 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

"Ötən il 596 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib".

PİA.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 62 nəfəri Vətən müharibəsində iştirak edən hərbi qulluqçuların yaxın ailə üzvləridir: “Vətəndaşlıq verilməsi ilə bağlı bizə daxil olan müraciətlər müsbət qəbul edilib”.

V.Hüseynov bildirib ki, ötən il 15 nəfərin vətəndaşlığı isə bərpa olunub.

Qeyd edək ki, 2020-ci ildə 409 nəfər ölkə vətəndaşlığına qəbul olunub, 8 nəfərin vətəndaşlığı isə bərpa olunub.

pia.az