Avropa çempionatı: Futzal üzrə Azərbaycan yığmasının yekun heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb.

AFFA-nın rəsmi saytı xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva turnirdə 14 futzalçının xidmətindən yararlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

Millinin oyunlarının təqvimi

22 yanvar

17:30. Gürcüstan – Azərbaycan (Qroningen)

26 yanvar

23:30. İspaniya – Azərbaycan (Qroningen)

29 yanvar

20:30. Azərbaycan - Bosniya və Herseqovina (Amsterdam)

pia.az