Bakıdan Kürdəmirə qonaq gələn gənci avtomobil vurub

Kürdəmirdə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakıdan kəndə qonaq gələn 2006-cı il təvəllüdlü Əhmədov Kənan Qulam oğlu yolu keçmək istəyərkən onu hələlik markası məlum olmayan avtomobil vurub.

Ağır bədən xəsarəti alan Kənan Əhmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirilər.

Hazırda polis əməkdaşları hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində axtarışlar həyata keçirirlər.

Faktla bağlı araşdırma aparılır.

pia.az