Həftə sonu komendant saatı bərpa edildi - Hindistanda

Yeni növ koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan Hindistanda yoluxma sayının artmasının qarşısını almaq üçün ölkənin müxtəlif bölgə və əyalətlərində həftə sonu komendant saatı bərpa edilib.

Yoluxma sayının kəskin artması Hindistanı yenidən məhdudiyyətlər qoymağa vadar edib.

Həmçinin Cammu Kəşmir bölgəsindəki Srinagar şəhərində komendant saatı səbəbindən mağazaların bağlandığı müşahidə edilib.

pia.az