Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər ölüb

Qazaxıstanda iğtişaşlarda 225 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda, həmçinin 4,5 mindən çox insanın yaralandığı deyilir. Ölənlər arasında 19 polis və hərbçi var.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

pia.az