Azərbaycanın ən gözəl bulvarı Astarada olacaq

Astarada əhalinin səmərəli istirahəti üçün bulvar salınır
365.Az xəbər verir ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Astarada tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Şəhər ərazisində 4 və 5 mərtəbəli yaşayış binalarının fasad hissələrində əsaslı təmir işləri görülür. Dəniz kənarı ərazidə uzun illər su atında, bataqlıqda qalan torpaq qatı qurudularaq, bulvar və çimərlik salınır. Hazırda torpaq bərkitmə işləri aparılır. Ərazi tam hamarlanandan sonra, layihə əsasında tikinti işlərinə başlanılacaq.Verilən məlumata görə, bulvarın ümumi sahəsi 8 hektardır. Hazırda bulvarda çay evi, kafe, fəvvarə, mini-futbol və voleybol sahəsi, uşaq attraksionları tikilir.Burada 12 istirahət mərkəzi və 3-mərtəbəli otel tikintisi nəzərdə tutulur.