Mirvari Qəhrəmanlıdan Orxan Zeynalovun həbsinə münasibət

“Orxan Zeynalovu vətəndaşı olduğu ölkə müdafiə etməlidir”
Mirvari Qəhrəmanlı: “Çox istərdim Rusiyadakı səfirimiz bu məsələyə münasibət bildirsin”Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Moderator.az-a açıqlamasında rus vətəndaşını öldürməkdə ittiham edilən Orxan Zeynalovun Rusiya məhkəməsi tərəfindən 17 il həbs cəzasına məhkum edilməsinə münasibət bildirib:“Rusiyada gündə yüzlərlə belə hadisə olur. Telekanallar məgər hamısını belə göstərir? Rusiya bunu elə təqdim etdi ki,elə bil əsrin cinayətidir. Düşünürəm ki,bu Rusiya tərəfindən siyasi, məqsədyönlü təyziqdir. Jirinovski tərifləyir. Putin həbs edir. Bundan şou yaradır. İndi bizim hüquq müdafiəçilərimiz işləyə bilərdilər. Ancaq hakimiyyət tərəfindən hüquq müdafiəçilərinə hal-hazırda o qədər basqı var ki... Orxanı müdafiə,vətəndaşı olduğu ölkə müdafiə etməlidir. Nədənsə bu qədər müddətdə cəmiyyət bunu hiss etmədi. Çox istərdim bu mövzuya bizim Rusiyadakı səfirimiz münasibət bildirsin”.