20 saylı məktəblə bağlı son durum

Unikallığı və bənzərsizliyi görmək üçün bir il gözləmək lazım gələcək
Fövqəladə Hallar Nazirliyinin inzibatı binasının yaxınlığındakı məhşur 20 nömrəli məktəblə bağlı son durumu, daha doğrusu, əldə etdiyimiz informasiyanı dəyərli oxucularımızla paylaşmaq istəyirik. Belə ki, son zamanlar bir neçə dəfə medianın gündəmini zəbt etmiş bu məsələ artıq aydınlaşmaqdadır və həmin məktəbin sökülərək yerində 5 mərtəbəli unikal memarlıq üslubuna və elə Fövqəladə Hallar Haziriliyinin inzibati binasına yaraşan cəlbedici fasada malik yeni məktəb binasının tikintisinə start verilib. Moderator.az-ın əməkdaşına həmin məktəbin əvvəlkindən fərqli olaraq bütün parametrlər üzrə müasir standartlara cavab verəcəyi, paytaxtın bir nömrəli orta təhsil müəssisəsi olacağı barədə informasiya da verilib. Amma həmin tikintinin yalnız 2015-16-cı tədris ili üçün hazır olacağı bildirilib.