Duqin “MDB Avrasiya İttifaqına çevrilməlidir”, deyir... - Kreml Avrasiya imperiyasını reallaşdırmaq siqnalını verir...

Aleksandr Duqin: “Artıq MDB-ni Avrasiya İttifaqı adlandırmaq vaxtı çatıb və bu iqtisadi deyil, geosiyasi ittifaqa bütün sovet məkanı daxil edilməlidir...”

Politoloq: “Duqinin bu fikirlərinə özü və ətrafdakıları qatıla bilər. Amma Duqinin dedikləri fikirlər məntiqi əsaslara sığmır”.

“Qazaxıstandakı son hadisələr də onu göstərir ki, Kreml təcavüzkar siyasətindən əl çəkməyib. SSRİ və çar Rusiyasının apardığı təcəvüzkar və imperialist siyasəti bu gün Vladimir Putinin rəhbərliyi altında Rusiya yenə də davam etdirir. Bu siyasət isə region ölkələrinin suverenliyinə təhdiddir”.

Bu sözləri politoloq Turan Rzayev Duqinin son fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Qazaxıstanda baş verən son hadisələrlə bağlı məqalə yazan Aleksandr Duqin bildirib ki, artıq MDB-ni Avrasiya İttifaqı adlandırmaq vaxtı çatıb və bu iqtisadi deyil, geosiyasi ittifaqa bütün sovet məkanı daxil edilməlidir. Sözlərinə davam edən Duqin qeyd edib ki, ABŞ-ın bu ərazidəki bütün təsirləri silinib atılmalıdır. Ukrayna ilə bağlı isə Duqin bildirib ki, ya Ukraiyna liberal faşist rejimindən təmizlənməli, ya da Ukraynada iki dövlət formalaşmalıdır. Şərqdə Donbasdan Odessaya qədər Novorossiya, qərbdə isə Kartataltı ərazilərdə yeni siyasi quruluş yaradılmalıdır.

Qazaxıstanda baş verən hadisəlıər fonunda Kremlin ideoloqlarından biri kimi tanınan Duqinin bu açıqlamalarını necə dəyərləndirmək olar? Bu açıqlamalar Kremlin ən yaxın zamanda yeni imperiya - Avrasiya imperiyasını reallaşdırmaq üçün əməliyyatlara başlaması haqda siqnal ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Bu gün Ermənistanı forpost etməklə, yaxud digər Mərkəzi Asiya ölkələrini zorla yanında saxlamaqla Rusiya keçmiş SSRİ-ni yeni təşkilatda, Avrasiya İttifaqı fonunda bərpa edə bilməyəcək”.

Kreml indiki siyasəti ilə öz gücünü bərpa edə bilməyəcəyini düşünən politoloq PİA.az-a bildirib ki, SSRİ anlayışı da artıq yoxdur və ola da bilməz. Əgər Rusiya bu arzu ilə yaşayırsa, onun bu arzusu onu kabusa doğru yaxınlaşdırır. Yəni Rusiyanın bir imperiya olaraq ikinci dəfə süqutu və parçalanması baş verə bilər:

“Duqinin bu fikirlərinə özü və ətrafdakılar, yəni rus şovinizt millətçiləri qatıla bilər. Amma Duqinin dedikləri fikirlər məntiqi əsaslara sığmır. Məsələn Duqin qeyd edib ki, MDB-ni Avrasiya İttifaqı adlandırmaq vaxtı çatıb. Rusiya indiki siyasəti ilə çətin ki, MDB ölkələrini və keçmiş respublikaları yenidən bir dövlət təşkilatı daxilində ətrafına yığa bilsin. Zamanında Baltikyanı ölkələr və Polşa bu məsələ görə Rusiyadan uzaqlaşdı. Həmçinin yürütdüyü imperialist siyasət nəticəsində Rusiya Ukrayna və Gürcüstanı da itirib.

Bu gün Ermənistanı forpost etməklə, yaxud digər Mərkəzi Asiya ölkələrini zorla yanında saxlamaqla Rusiya keçmiş SSRİ-ni yeni təşkilatda, Avrasiya İttifaqı adı altında bərpa edə bilməyəcək.

Turan Rzayev: “Duqin reallıqlara əsaslanmadan bu fikirləri deyirsə, bu xülyadan başqa bir şey deyil”.

Qazaxıstandakı son hadisələr də onu göstərir ki, Kreml təcavüzkar siyasətindən əl çəkməyib. SSRİ və çar Rusiyasının apardığı təcəvüzkar və imperialist siyasəti bu gün Vladimir Putinin rəhbərliyi altında Rusiya yenə də davam etdirir. Bu siyasət isə region ölkələrinin suverenliyinə təhdiddir. Çətin ki, region ölkələri bu proseslərlə ayaqlaşa bilsin. MDB ölkələri xalqlarının isə bu imperiya təşəbəssülərinə dəstək verməsi isə mümkün deyil. Duqin reallıqlara əsaslanmadan bu fikirləri deyirsə, bu xülyadan başqa bir şey deyil.

Duqin deyir ki, ABŞ-ın bütün ərazilərdən təsirləri silinib atılmalıdır. Bu da mümkün olan bir şey deyil. Çünki ABŞ Rusiyanı mühasirəyə alıb və bu çəmbəri getdikcə daha çox daraltmağa doğru gedir. Yəni Rusiya hərtərəfdən və bütün sahələr üzrə, istər geosiyasi, istərsə də geoiqtisadi mühasirədədir. Rusiyanın texnoloji gücü isə bu mühasirəədən çıxmaq üçün yetərli deyil. Bu reallıqlar altında Duqinin dediklərininreallaşması mümkün deyil. Ruisya zor və hərbi yolla qısa müddətdə MDB məkanında qısa müddətdə təcəvüzkar əməliyyatlar həyata keçirə bilər. Lakin bu Rusiyanın bir imperiya dövləti olaraq sonunu gətirəcək faktora çevrilə bilər. Necə ki, 20 yanvar SSRİ-nin parçalanmasında və süqutunda əlahiddə rol oynadı. Əgər ən yaxın günlərdə Rusiya qoşunlarını Qazaxıstandan çıxarmazsa, anoloji prosses Ruisyaya da çox neqativ təsirlər edəcək.

Turan Rzayev: “ABŞ yaxın 15 il ərzində Rusiyanı kifayət qədər zəiflədəcək və dağılmaq səviyyəsinə gətirəcək”.

Duqin Rusiyanı güclü hesab edə bilər. Amma bu o demək deyil ki, Rusiya onun gördüyü qədər güclüdür. Bir çox faktorlar var ki, əgər Rusiya doğru strategiya və taktika üzərində öz qonşuları ilə münasibət qurmağı başarmazsa, həmin faktorlar Rusiya üçün çox dağıdıcı rol oynayacaq. Şübhəsiz ki, Qazaxıstandakı son hadisələrdə Kremlin barmağı var və görünür Qazaxıstanda baş verən son hadisələr Duqin və onun kimilərini ilham verib.

Ümumiyyətlə ABŞ və Rusiya müqayisə olunacaq dövlətlər deyillər. ABŞ yaxın 15 il ərzində Rusiyanı kifayət qədər zəiflədəcək və dağılmaq səviyyəsinə gətirəcək. Onu da qeyd edim ki, Kreml həqiqətən də Avrasiya İttifaqı fonunda SSRİ-ni bərpa edə bilsəydi Ukraynada bunu bacarardı.

Kreml indiki siyasəti ilə öz gücünü bərpa edə bilməyəcək. SSRİ anlayışı da artıq yoxdur və ola da bilməz. Əgər Rusiya bu arzu ilə yaşayırsa, onun bu arzusu onu kabusa doğru yaxınlaşdırır. Yəni Rusiyanın bir imperiya olaraq ikinci dəfə süqutu və parçalanması baş verə bilər”.

Nərminə UMUDLUpia.az