Bu günün hava proqnozu

İyulun 29-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 21-24°, gündüz 29-34° isti, Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-55 faiz təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25° isti, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaq. Naxçıvan Muxtar RespublikasındaƏsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir.  Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındaƏsasən, yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaƏsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındaHava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 16-21° , gündüz 29-34° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındaHava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24°, gündüz 32-37° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındaHava, əsasən, yağmursuz olacaq. Havanın temperaturu gecə 20-24°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.