Masallıda 6 otaqlı ev yandı

Masallı rayonunda ev yanıb
PİA.AZ FHN-in rəsmi saytına istinadən xəbər verir ki, rayonun Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 2 otağının yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.