Umititi "Beşiktaş"a keçəcək?

"Barselona" futbolçusu Samuel Umititini klubdan göndərməyə israrlıdır.

PİA.az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Kataloniya təmsilçisi 28 yaşlı müdafiəçi üçün klublar tapsa da, oyunçu illik 9 milyon avro maaş tələb edir. Umititini heyətinə qatmaq istəyənlər arasında "Beşiktaş"da var. İstanbul təmsilçisi futbolçunu icarəyə götürməyi düşünür. Lakin Umititi Türkiyəyə getmək istəmir.

Qeyd edək ki, Umititi 2016-cı ildən "Barselona"da oynayır.

pia.az