Əfqanıstanda daşqın 11 nəfərin həyatına son qoyub

Əfqanıstanda daşqın və güclü qar səbəbindən azı 11 nəfər ölüb, 23 nəfər zərər çəkib.

“Report” “RİA Novosti”yə istinadən xəbəbr verir ki, son günlərdə güclü yağan qar daşqınlara səbəb olur.

Ölkənin Gilmend, Nimroz, Nanqarhar, Bədəhşan, Cauzcan, Tahar, Qəndəhar və Kabil kimi bölgələrində oxşar vəziyyət müşahidə olunur.

Fövqəladə hallar üzrə qurumların nümayəndələri onlarla insanı xilas edərək təbii fəlakət zonalarından təxliyə ediblər.

pia.az