Qasım Süleymaninin qızının fotosu İranda gündəm oldu – Foto

ABŞ-ın hava hücumu nəticəsində öldürülən İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı, general Qasım Süleymani vəfatının ikinci ildönümündə Tehranda keçirilən mərasimdə anılıb.

Tədbirdə generalın qızı Zeynəb Süleymani ABŞ-a qisas mesajı verib. Lakin onun əlində “iPhone 13 Pro Max” model telefonu ilə çəkdirdiyi fotosu ölkə gündəmini zəbt edib. Xanıma telefonun livanlı həyat yoldaşı tərəfindən hədiyyə edildiyini iddia olunub.

Sözügedən foto sosial mediada sürətlə yayılarkən, iranlı istifadəçilər Zeynəb Süleymaninin məhz bu telefondan istifadə etməsinə münasibət bildirib. Onlar ABŞ-ı məhv edəcəyinə söz verən Zeynəbin bu ölkəyə onların istehsalı olan “iPhone”la meydan oxumasını “böyük kinayə” adlandırıblar.

pia.az