Azərbaycanın Moldovadakı səfirinə qarşı təxribat

Bir neçə saat əvvəl Rusiya mətbuatı Moldovada Azərbaycan səfiri ilə bağlı dezinformasiya yayıb. Səfirın adından aşağıdakı xarakterli bəyanat verilib: "Qazaxıstanda etiraz aksiyaları kənardan idarə olunur, bəzi kadrlarda iğtişaşların təşkilatçıları da görünür, - Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri professor Namiq Əliyev RİA Novosti-yə bildirib".

2016-cı ildən Azərbaycanın Moldovadakı hazırkı səfiri Qüdsi Osmanovdur.

Keçmiş diplomat Namiq Əliyev 2016-cı ilə qədər səfir vəzifəsində çalışıb və hazırda təqaüddədir.

Paradoksal olsa da, bəzi digər KİV-lər, xüsusən də Solovyovun kanalı Qüdsi Osmanovun özünün adından məlumat yayıb.

virtualaz.org xəbər verir ki, Qüdsi Osmanov səfirin adından verilən açıqlamanı rəsmi şəkildə təkzib edərək, yayılan dezinformasiyanın rədd edilməsini istəyib.

pia.az