Nazir polis mayoruna yüksək vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

PİA.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Əjdər Əliyev Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

O, bu təyinata qədər Şabran RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışıb.

pia.az