Ağstafada qadın ərini balta ilə qətlə yetirdi - Yenilənib, Video

Ağstafada həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilən 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev Dövlət Sığorta Agentliyin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişə zəminində baş verib.

Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, mərhumum iki qız övladı var.

***

Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva həyat yoldaşı, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

pia.az