Yeni il gecəsi miqrantlar Moskvada bir-birilərini bıçaqlayıblar

Yeni il gecəsi Rusiyanın paytaxtı Moskva şəhərində miqrantlar arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

PİA.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Belə ki, üç Özbəkistan və on Qırğızıstan vətəndaşı arasında dava düşüb. Dava zamanı bir neçə nəfər ağır bıçaq xəsarətləri alıb, onlardan ikisi Özbəkistan, biri isə Qırğızıstan vətəndaşıdır.

İlkin məlumata görə, davaya səbəb şəxsi düşmənçilik olub. Artıq davada iştirak etmiş 9 Qırğızıstan vətəndaşı polis tərəfindən saxlanılıb, onlara əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiyada olma rejiminin pozulması maddəsi ilə inzibati protokollar tərtib edilib. Bu maddə Rusiyadan qovulma ilə 5-7 min rubl cərimə şəklində cəza nəzərdə tutur.

pia.az