Rusiyanın ən çox qazanan adamı o oldu

Kontakte və Teleqram sosial şəbəkələrinin yaradıcısı Pavel Durov 2021-ci ildə Rusiyada ən çox qazanan milyarderlərin reytinqinə başçılıq edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Durovun gəliri 2021-ci ildə 13.81 milyard artaraq 17.24 milyard dollar təşkil edib.

Reytinqdə ikinci yeri "Uildberries"nin yaradıcısı Tatyana Bakalçuk tutub. Bakalçukun sərvəti 1 il ərzində 11.92 milyard artaraq 13.02 milyard dollar olub.

"Yevroxim"in rəhbəri Andrey Melniçenko 10.60 milyard dollarlıq qazancla siyahının üçüncü pilləsində qərarlaşıb.

pia.az