Sabirabadda avtomobil qaz xəttinə çırpılıb, sürücü ölüb

Sabirabadda avtomobil qaz xəttinə çırpılıb.

APA xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kəskin dumanlı havada Qaratəpə kənd sakini, 63 yaşlı Həbibov Qəhrəman İsgəndər oğlu idarə etdiyi “VAZ” markalı avtomobili qaz xəttinə çırpıb. Sürücü hadisə yerində ölüb. Hazırda sürücünün avtomobildə sıxılmış meyitinin FHN Sabirabad YMX əməkdaşları tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılması tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az