İraq ordusu ilə terrorçular arasında şiddətli atışma: 20 nəfər ölüb

İraqda təhlükəsizlik qüvvələri ilə terrorçuluq ittihamı ilə axtarışda olan şəxslər arasında silahlı toqquşma olub.

Silahlı insident nəticəsində 20 nəfər həyatını itirib.

İraq ordusundan verilən açıqlamaya əsasən, Əl-Hillə şəhərində bir evdə gizlənən və terrorçuluq ittihamı ilə axtarışda olan iki nəfərə qarşı əməliyyat keçirilib.

Həmin vaxt evdə olan şəxslər təhlükəsizlik qüvvələrinə atəş açıb.

Təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində həmin evdə olan 20 nəfər ölüb.

Təhlükəsizlik qüvvələri arasında ölən və yaralananların olub-olmadığı barədə məlumat verilməyib. (oxu.az)

pia.az