Kəlbəcər əsirinin məktubu: “Qızım amanatı“ - Foto

Ermənistan ordusu tərəfindən işğal olunan Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İlhamə Quliyevaya yazdığı məktubun mətni açıqlanıb
Məlumata görə, məktub bu gün - iyulun 26-da saat 17:00 radələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisi tərəfindən Şahbazın bacısı İlhamə Quliyevaya verilib. Şahbaz Quliyev məktubunda yazır:"Mənim vəziyyətim yaxşıdır, bacı. Hamınız üçün darıxıram. Mənim qızım amanatı. Hələlik sağ olun. Öpürəm hamınızı".Qeyd edək ki, BQXK-nin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevlə görüş keçirilib. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova adıçəkilən şəxslərin ailələrinə məktub yazdıqlarını bildirmişdi.