Aksiz markası ilə markalanmalı olan malların nağd satılmasına görə cərimə müəyyənləşir

Gələn il yanvarın 1-dən aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması və nağd qaydada alınmasına görə cərimə müəyyənləşir.

Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə, pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədi üçün nağd qaydada alınması az miqdarda (500 manatadək) törədildikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.

pia.az