Siqaretin aksiz dərəcəsi artırılır

2022-ci il yanvarın 1-dən siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır.

Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Belə ki, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.

Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.

pia.az