Bakı şəhərində ən çox çirklənən ərazi açıqlandı

Bakı şəhərində ən çox çirklənən ərazi açıqlanıb.

PİA.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, 2021-ci ildə havanın ən çox çirklənməsi Lökbatanda qeydə alınıb:

“Bu da nəqliyyat hərəkətinin həmin ərazidə çox olması ilə əlaqəlidir”.

U.Tağıyeva əlavə edib ki, çirklənmə göstəricisi ən çox isti dövrdə müşahidə olunur.

pia.az