Media 2022: Tarixi transformasiya üçün zəmin yaradan altı tendensiya

2022-ci ildə media məhsulları daha çox istifadəçinin zövqünü və marağını cəlb edəcək...

Yasir Abdulaziz“Şarkul Avsat” qəzeti, 27 dekabr 2021-ci il

2022-ci il özlüyündə qlobal media sənayesinin gedişatında obyektiv dəyişikliyi ifadə etmir. Əksinə, bu, sənaye dünyasındakı dəyişiklik və sürətlənən inkişaflar getdikcə artan təsirlə davam edəcək. Buna baxmayaraq, gələn il bu kontekstdə tarixi dəyişikliyin əsasını qoyacağını demək olar.

İllər əvvəlindən fərqli olaraq, 2022-ci ilin gətirəcəyi ilk tendensiya “istifadəçi mərkəzli” təcrübə ətrafında fırlana bilər. Bu tendensiyada məşhur ənənəvi “auditoriya” termininin illərdir dəbdə olan “istifadəçi” termini ilə əvəzlənməsi paradoksu var. Bu, sənayenin ilkin hədəfinə doğru eyni zamanda cari və gələcək mənzərəni göstərir. Sənayenin ilk məqsədi “müştəri”ni media məzmununun sadəcə alıcısından həmin məzmunun istehsalı və inkişafı mexanizmlərinin bir hissəsi olan və aldığı məhsulun xarakterini maksimum dərəcədə müəyyən edən aktiv istehlakçıya çevirməkdir.

2022-ci ildə media məhsulları daha çox istifadəçinin zövqünü və marağını cəlb edəcək. Media materialına diqqəti cəlb etməyin mahiyyətini təfərrüatlandıran effektiv ölçmə üsulları “müştəri”nin istəklərini müəyyən etməyə kömək edəcək. Bu siyasət istifadəçilərin meyillərinə uyğun olaraq tədricən dəyişəcək. Bu arada, köklü qurumlar arasında nüfuzlu yerlərin sahibləri öz strukturlarının bəzi xüsusiyyətlərini və şəxsiyyətlərinin təməl əsasını itirə bilərlər.

2022-ci il mediasının ikinci tendensiyası xoş xəbərlər gətirir. Yeni növ koronavirus (Covid-19) epidemiyası media sənayesinin ənənəvi ölçüsünə ciddi zərbələr vursa da, xilas və davamlılıq baxımından sənayeyə əhəmiyyətli bir yol təqdim etdi: sənayenin uzaqdan işləməyə daha uyğun olması üçün iş mexanizmləri dəyişdirilə bilər və ya hibrid sistem sahə işi, kompüter və ya smartfon vasitəsilə işləmək şəklində həyata keçirilə bilər. Biz redaksiya qruplarının tanış və ya yeni işlənmiş proqramlardan istifadə edərək işlədiyi yeni iş üsulunu sınadıq ki, istehsal prosesi təşkil olunsun və məzmun ofislərə getməyə ehtiyac olmadan alıcılara problemsiz çatdırılsın.

Üçüncü tendensiya yeni xəbərlər kateqoriyasına daxil olur. Bu tendensiyada biz KİV-lərin internetin təzahürlərindən yararlanaraq öz gəlir mənbələrini şaxələndirmək üçün effektiv yol tapdıqlarını görürük. Bir çox media orqanı xəbər və yaxud faktiki olsa belə, eksklüziv məzmun satmaq ideyasına əsaslanan biznes modelləri hazırlamağa başlayıb. Əhəmiyyətli gəlir gətirən və davamlı olaraq artan rəqəmsal reklam gəlirlərini əldə etməyə davam edən e-ticarət fəaliyyətlərini sadələşdirmək cəhdi ilə abunə əsaslı üsullarda irəliləyiş əldə edilmişdir.

Dördüncü tendensiya məzmun yaradıcılarının nəhəng texnoloji şirkətlərə və sosial media saytlarını idarə edən məşhur axtarış sistemlərinə qarşı sərt mövqe nümayiş etdirməsi ilə bağlıdır. İllərdir ipləri boş buraxan bu şirkətlərə media qurumlarında çalışan peşəkar əməkdaşların hazırladıqları məzmundan faydalanmaq, onu izləyicilərinə təqdim etmək icazəsi verildikdən sonra bu şirkətlər artıq aldıqları məzmuna görə müvafiq ödəniş ödəməli olacaqlar.

Bu, son 5 il ərzində media sənayesini vuran və sosial media proqramlarının mənfəəti artarkən media orqanlarının gəlirlərinin azalmasına səbəb olan böyük disbalansı aradan qaldırmağa kömək edəcək.

Son 10 ildə süni intellekt mexanizmlərinin və onların media ilə bağlı istehsala xidmət etmək üçün hazırlanmasına böyük sərmayə qoyulub. Demək olar ki, bu mexanizmlər yeni ilin əvvəlində tam hazır hala gələcək və onlar istehsal prosesinin mexanizmlərinin əhəmiyyətli hissəsi təkmilləşdirmiş olacaqlar.

2022-ci ildə media sənayesində beşinci tendensiya məzmunun hazırlanmasına, yayımına və bu AI mexanizmlərinin artan roluna diqqət yetirəcək. Bu, insanların sektorda işləmək imkanlarını azalda bilər. Bununla belə, xüsusilə də süni intellektin böyük məlumatları emal etmək, hadisələrlə ayaqlaşmaq və reallığı virtual təşkil etmək gücü sayəsində sənayeyə daha çox canlılıq, yenilik və istehsal intensivliyi gətirəcək.

Görünür, sənayenin gələcəyində texniki və əməliyyat inkişafları, dəyişikliklər və yeni iş üsulları üstünlük təşkil edir. Bununla belə, sənayenin 2022-ci ildə şahid olacağı altıncı tendensiya əsas diqqəti etibar, dürüstlük və obyektivlik suallarına cavab verməyə və yalan xəbərlər, populist cərəyanlar, nifrət nitqi və azadlıqlara qoyulan məhdudiyyətlərin yaratdığı problemlərin həllinə yönəldəcək.

Mövcud göstəricilər göstərir ki, 2022-ci il media sənayesi üçün inam və qərəzsizliyi artıran və yalan, nifrət, ictimai prioritetlərin həddindən artıq manipulyasiyası tendensiyalarına müqavimət göstərən bir yol izləmək üçün kritik bir sınaq olacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az