FHN: Ötən sutka 29 yanğına çıxış olub, 5 nəfər xilas edilib, 30 nəfər təxliyə olunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən PİA.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib. Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 4 nəfər tüstüdən zəhərlənib, 30 nəfər təxliyə olunub. Həmçinin, Mingəçevir şəhərində fərdi yaşayış evində yanğınla nəticələnən partlayış hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

pia.az