Nazirlikdən Doğuş açıqlaması

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Doğuş Azərbaycandakı fiziki imkanları məhdud gənclər və qocalar evini ziyarət edib
PİA.AZ xəbər verir ki, bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.Onun sözlərinə görə, türkiyəli müğənni Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, Müharibə Əlilləri üçün Müalicə Pansionatında, Müharibə və Əmək Əlilləri üçün Pansionatında (Qocalar evi) olub.Doğuş Ramazan bayramı münasibətilə qocalara konsert verib.