Abşeronda avtoqəza: taksi sürücüsü ölüb

Abşeron rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.

PİA.az-ın xəbərinə görə, hadisə rayonun Məhəmmədi qəsəbəsi, Məhəmmədi-Mehdabad yolunda qeydə alınıb.

Belə ki, taksi sürücüsü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun idarə etdiyi “AzSamand” markalı avtomobillə digər taksi sürücüsü, 1981-ci il təvəllüdlü Vəliyev Ramin Sabir oğlunun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə C.Vəliyev hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

***

Abşeron rayonunda “AzSamand”la “Mercedes” toqquşub.

PİA.az Fövqəladə Hallar Nazirliyinə (FHN) xəbər verir ki, hadisə Məmmədli kəndində baş verib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

pia.az