Ağstafada 33 yaşlı kişi bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 1988-ci il təvəllüdlü Həmid Qəribov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

pia.az