Səfirlik: İran-Azərbaycan dostluğu əbədi olacaq

“Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikası tərəfindən tanınmasından 30 il ötür”.

APA-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı Səfirliyinin “Twitter” səhifəsində bildirilib.

“Bu hadisə iki dost, qardaş və qohum xalqın tarixində yeni səhifə oldu. Bu dostluq və qardaşlıq əbədi olacaq”, - qeyd olunub.

pia.az